Son yeniliklər
15.03.2012
SayberNet şirkəti Azərbaycan Respublikasında Dunya Bankının dəstəyi ilə həyata keçirilən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsini tətbiq edəcək.

Mart ayının 15-də "Hilton" oteldə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Dünya Bankının dəstəyi ilə həyata keçirilən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində yaradılacaq Elektron Qeydiyyat İnformasiya Sisteminin təqdimatı keçirilmişdir. Tədbirdə şirkətin direktoru İlham Namazov qeyd etmişdir ki, yaxın zamanlarda daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara, fiziki və hüquqi şəxslərə beynəlxalq standartlara uyğun elektron xidmətlərin göstərilməsinə imkan verəcək sistem yaradılacaqdır. Daşınmaz əmlakın qeydiyyatı sahəsində "bir pəncərə" prinsipinin tətbiqi əhalinin rahatlığına, qeydiyyat prosedurların sadələşdirilməsinə və bu sahədə şəffaflığın təmin olunmasına imkan verəcəkdir.

10.12.2011
SayberNet şirkəti tərəfindən "SayberNet YDM POS v2.0" adlı yeni proqram təminatı hazırlanmışdır.

SayberNet şirkəti tərəfindən yanacaqdoldurma məntəqələrində istifadə olunan "İBM Sure POS 100" tipli kompüter-kassa sistemləri üçün yeni "SayberNet YDM POS v2.0" adlı proqram təminatı hazırlanmışdır. Proqramın istifadəçi təlimatını buradan yükləyə bilərsiniz.

18.11.2011
SayberNet şirkəti İBM şirkətinin partnyorluq statusuna layiq görüldü.

17 Noyabr 2011-ci il tarixində SayberNet şirkəti İBM şirkətinin partnyorluq statusuna layiq görüldü.

 

 
Copyright (c) 2008-2010. SayberNet